Bir ildə 2 dəfə əkiz doğan qadın – “Sanki cek-pot qazandım”

  • 2020.01.14 16:37
  • 3590 Baxış
Bir ildə 2 dəfə əkiz doğan qadın –  “Sanki cek-pot qazandım”

25 yaşlı Aleksandriya Uolliston adlı qadın 2019-cu ilin martında ilk əkiz oğlan uşaqları dünyaya gətirir.

Doğumdan 2 ay sonra qadın yenidən hamilə olduğunu öyrənir. Bu dəfə də əkizə hamilə qalmışdı.
Medicina.az xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Qadın 2019-cu ilin dekabrında ikinci dəfə növbəti əkizlərini dünyaya gətirir və onlara Kaylen və Kaleb adlarını verir.
Beləliklə, o, bir il ərzində 4 uşağa sahib olur.

Xoşbəxtlikdən göydə uçan ana belə bir fakt barədə eşitmədiyini və ağlına belə gəlmədiyini etiraf edin:

“ Bu sanki lotoreyadır. Elə bilin ki, cek-potu apardım”.
25 yaşlı qadın artıq 5 uşaq anasıdır.