Bir məhsulla həm üz və saç qulluğu edin, həm də arıqlayın!

  • 2024.03.27 13:05
  • 344 Baxış
Bir məhsulla həm üz və saç qulluğu edin, həm də arıqlayın!
Noxud suyu son illərdə populyarlığını artırıb. Tərkibindəki zülal və nişastaya görə noxud suyundan təbii üz maskası kimi istifadə edilə bilər.

Medicina.az xəbər verir ki, bu məhsul dəri hüceyrələrini yeniləyir və dərini cavanlaşdırır. Noxudun tərkibindəki zülallar dərini dartır, nişasta isə artıq yağ və çirkləri dəridən atır.

Üz maskası:

Axşam noxudu isladın, səhər suyunu süzün. Bir stəkan noxud suyunu köpük halına gələnə qədər çalın. Əldə etdiyiniz köpüyü üzünüzə çəkin və 10-15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə üzünüzü yuyun.

Saç maskası:

Yuxarıda izah etdiyimiz şəkildə hazırlanan köpüyü saçlarınıza çəkin və 15-20 dəqiqə saxlayın. Daha sonra saçınızı adi qaydada şampun ilə yuyub təmizləyin.

Bu prosedur saçı gücləndirir, uzadır və qidalandırır.

Arıqlamaq üçün:

Noxud suyu ağız gigiyenası, ağız və boğaz yaralarının sağalması, diş və diş əti xəstəliklərinə faydalıdır. Həmçinin arıqlamağı asanlaşdırır.

Bir həftə ərzində hər səhər acqarına 3 xörəl qaşığı noxud suyu içmək maddələr mübadiləsini sürətləndirərək və iştahı azaldaraq arıqlamağınıza kömək edə bilər.


Aysel