Bir qaşığı kifayətdir - Bu üç ədviyyatı süfrənizdən əskik etməyin

  • 2025.09.04 21:43
  • 164 Baxış
Bir qaşığı kifayətdir -  Bu üç ədviyyatı süfrənizdən əskik etməyin

Sağlam qidalanmanın kiçik sirlərindən biri düzgün ədviyyatlardan istifadə etməkdir. Bu üç ədviyyat, hətta bir çay qaşığı, bədəninizə böyük fayda gətirər, yeməklərinizə dad qatır və sağlamlığınızı dəstəkləyir.

Medicina.az xəbər verir ki, ədviyyatlar yeməklərə dad qatmaqla yanaşı, sağlamlığa əhəmiyyətli faydalar da verir.

Mütəxəssislər, bir çay qaşığı istifadə edildikdə belə bədənə müsbət təsir göstərən üç ədviyyatı vurğulayırlar.

Bu ədviyyatlar immunitet sistemini gücləndirir və bir çox xəstəliklərdən qoruyur.



1. Sarıkök

Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan sarıkök immunitet sistemini dəstəkləyir. Tərkibindəki curcumin sayəsində bədəni xəstəliklərə qarşı qoruyur və xüsusilə oynaq sağlamlığı üçün faydalıdır.

2. Darçın

Qan şəkərini tarazlaşdıran təsiri ilə tanınan darçın həm də şəkərə olan ehtiyacı azaldır. Ürək sağlamlığını qoruyan darçın maddələr mübadiləsini də gücləndirir və çəkiyə nəzarət etməyə kömək edir.

3. Qara bibər

Qara bibər həzm sistemini dəstəkləyir və yeməklərə ləzzət qataraq orqanizmin qida maddələrini daha yaxşı mənimsəməsinə kömək edir. Sarıkök ilə birlikdə yeyildikdə onun faydaları çoxalır.

Aygün
Medicina.az