Bir qaşıq baldakı möcüzə - Acqarına yeyin!

  • 2024.03.27 10:35
  • 457 Baxış
Bir qaşıq baldakı möcüzə -  Acqarına yeyin!
Qədimdən bəri bir çox sağlamlıq probleminin müalicəsində istifadə olunan balın dərmanlar qədər təsirli olduğu deyilir.

Medicina.az xəbər verir ki, son araşdırmalar balı acqarına yeməyin daha məqsədəuyğun olduğunu göstərib. Orqanizm üçün saysız-hesabsız faydaları olan bal, tərkibindəki vitamin və mineralların bolluğu sayəsində bir çox xəstəliyə şəfa olur.

Acqarına bal yeməyin orqanizmə təsirlərini izah edirik:

Enerji verir

Bal təbii şəkər mənbəyidir və tərkibində vitaminlər, minerallar və antioksidantlar var. Acqarına istehlak edildikdə orqanizmi sürətli enerji mənbəyi ilə təmin edir və maddələr mübadiləsini aktivləşdirir. Yeməkdən sonra qəbul etmək o qədər də təsirli olmaya bilər. Bal səhər acqarına yeyilməlidir. Belə halda həzm sisteminə sakitləşdirici və rahatlaşdırıcı təsir göstərir.

Mədə və bağırsaqlara yaxşı təsir edir

Bədəndə faydalı bakteriyalara ehtiyac var. Bal faydalı bakteriyaları dəstəkləyir. Bu sayədə bağırsaqları sağaldır. Həzm problemlərini azaltmaq və bağırsaqları aktivləşdirmək üçün səhərlər istehlak etmək faydalıdır.

Toksinləri bədəndən atır

Bal maddələr mübadiləsini sürətləndirir və bağırsaqlar üçün faydalıdır, bu da onu çəki nəzarətində mühüm dəstəkçiyə çevirir. Əgər arıqlama prosesindəsinizsə, səhərlər bal yeyərək toksinləri asanlıqla ata bilərsiniz.

Qan şəkərini balanslaşdırır

Səhər istehlak edilən bal qan şəkərini balanslaşdırmağa kömək edə bilər. Balın glisemik indeksi aşağıdır. Beləliklə, qan şəkərinin qəfil dəyişməsinin qarşısını alır. Ancaq balı həddindən artıq yeməmək məsləhətdir. 1 qaşıq bal faydalarından yararlanmağınız üçün kifayət edəcək.

İmmuniteti gücləndirir


Böyüklərimiz deyirlər ki, xüsusilə uşaqlara vaxtaşırı bal vermək lazımdır. İllərdir dəyişməyən bu məsləhətlər əbəs yerə deyil. Tərkibindəki faydalı komponentlər sayəsində bal immunitet sistemini daha davamlı edəcək və bir çox xəstəliyə tutulma riskini azaldacaq.

Qeyd edək ki, balı yeməkdən sonra istehlak etmək qan şəkərinin qəfil artmasına, həddindən artıq kalori qəbuluna və həzm problemlərinə səbəb ola bilər.


Aysel