Bir qutuda niyə 20 siqaret var? - Riyazi və tibbi izah

  • 2017.10.23 15:34
  • 15897 Baxış
Bir qutuda niyə 20 siqaret var? -  Riyazi və tibbi izah
Azərbaycanlı uzman psixiatr Azər Bağırov 1 qutuda 20 siqaret olmasının səbəblərini izah edib.


Medicina.az xəbər verir ki, o, siqaret sayının elə-belə olmadığını bildirərək, bunun riyazi bir hesabla nəzərə alındığını deyir. 


Belə ki, günə 1 qutu siqaret çəkən insanın günün 16 saatını oyaq qaldığını nəzərə alsaq, nikotinə təkrar ehtiyac hər 45 dəqiqədən bir yarandığı üçün, hər 45 dəqiqəyə bir ədəd siqaret nəzərdə tutulub. Deməli gün ərzində toplam 20 ədəd siqaretə ehtiyac olacaq.  Siqaretdən asılı adam nikotin reseptorlarını gün boyunca doymuş hala gətirərək siqaretə aclıq keçirmir. Lakin xroniki hala keçərsə, doza arta bilir.  


Psixiatr hər hansı psixoloji pozuntusu və xəstəliyi olan insanların siqaretə bağlılığının digərlərinə nisbətən daha yüksək olduğunu da bildirir: "Diqqət pozğunluğu, şizofreniya, bipolyar pozğunluğu olan xəstələrin 80 faizi siqaretdən asılıdır. Lakin psixiatrik müalicəyə baş vuran xəstələrdə siqaret istifadə ilə bağlı qeydlər aparılmır. Beyindəki nikotin reseptorlarının nikotinlə doyması üçün daha artıq nikotin dozası almağa gərək yoxdur və bu doza keyfverici təsir göstərmir. Siqaretdən asılı adamların 45 dəqiqə fasilədən sonra bir siqaret çəkməsi yetərli olur”.