Bitki preparatları və qida əlavələri qaraciyəri zədələyə bilər

  • 2026.05.25 10:19
  • 97 Baxış
Bitki preparatları və qida əlavələri qaraciyəri    zədələyə bilər


Bitki mənşəli əlavələrin qəbulu qaraciyərə son dərəcə mənfi təsir göstərə bilər.


Medicina.az xəbər verir ki, qastroenteroloq və hepatoloq Maria Praşnova görə, bu cür əlavələr tez-tez dərmanların yaratdığı qaraciyər zədələnməsinə səbəb olur:


"Qaraciyər fermentlərinin yüngül artmasından kəskin və ya xroniki hepatit, sirroz, qaraciyər çatışmazlığı, kəskin və xroniki xolangit, makro- və mikrovezikulyar steatoz və damar lezyonlarına qədər zədələnmə ola bilər"

Praşnova qeyd edib ki, hazırda yüzdən çox dərman qaraciyər üçün zəhərli hesab olunur.

Hepatoloq aydınlaşdırıb ki, pəhriz əlavələrində səhv müəyyən edilmiş xüsusiyyətləri olan bitkilər və ya uyğun olmayan bitki hissələri ola bilər. Avropada bitki mənşəli dərmanların istifadəsi dərmanların yaratdığı qaraciyər zədələnməsinin doqquzuncu ən çox yayılmış səbəbidir.


Həmçinin, mənşəli əlavələrdə istehsalçı tərəfindən elan edilməmiş və ya mənşəyi bilinməyən maddələr ola bilər. Arıqlama və ya əzələ qurma əlavələri, eləcə də Asiya və "Ayurveda" bitki mənşəli dərmanları qəbul edən insanlar qaraciyər problemləri riski altındadırlar.


Aygün Musayeva