"Biz yaydan deyirdik ki, payızda yoluxma artacaq"- Pandemiya xəstəxanasının həkimi

  • 2020.10.21 16:34
  • 1887 Baxış
"Biz yaydan deyirdik ki, payızda yoluxma artacaq" - Pandemiya xəstəxanasının həkimi

Son dönəmlərdə COVİD-19-a yoluxanların sayında artım müşahidə olunur. Son iki həftədə yoluxanların sayı avqust ayı ilə müqayisədə belə çoxdur. Bu bizi ciddi şəkildə narahat edir. Bunun səbəbi kimi yoluxanların sayının 100-ə düşdüyü vaxtlarda insanların rahatlaşması göstərilə bilər.

Medicina.az xəbər verir ki, “Real TV” COVİD-19 xəstələrinin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb.

Həkim-infeksionist Natiq Əliyev bu barədə öz fikirlərini bildirib:

“Mart ayında COVİD-19-la bağlı hansı çətinlikləri hiss edirdiksə, indi də durum elədir. Özümüzü eyni yükün altında hiss edirik və durum bizi ciddi şəkildə narahat edir. Ön cəbhəni düşünərək özümüzü qorumalıyıq. Bu bəzən insanlarda qıcıq yaradır. Sosial məsafə, izolyasiya qaydalarına əməl etmək lazımdır. Öncə insanların sağlığını düşünməliyik. Ön cəbhəyə dəstək məqsədilə qorunmalıyıq və sağlamlığa ehtiyac var. Avqust ayında bildirirdik ki, qarşıda payız-qış fəsli gəlir və daha ehtiyatlı olmaq lazımdır, çünki bu dönəmdə infeksiyalar çoxalır.

Demişdik ki, özümüzü koronavirusdan əlavə digər xəstəliklərdən də qorumalıyıq. Çünki başqa xəstəliklərin olması koronavirusu daha da ağırlaşdırır. Sağalma müddətinə də təsir edir.

Hazırda bizim xəstəxanaya 1150 xəstə daxil olub ki, onlardan 70 nəfəri stasionar bölmədə yatır və aralarında sağalıb gedənlər də var. Sosial məsafə və gigiyena qaydalarına əməl etməklə virusun qarşısını almaq lazımdır. Həkim olaraq mövqeyim hər zaman insanların sağlamlığını düşünürəm. Ön cəbhədə də həkimlərə ehtiyac var və biz özümüzü qorumalıyıq ki, burda daha çox həkimə ehtiyac olmasın. Hazırda yetərincə personalımız olsa da, daha pis vəziyyətin yaranmaması üçün qaydalara əməl etməliyik”.