BMT-nin 500-dən çox əməkdaşı koronavirusa yoluxub

  • 2020.05.22 15:46
  • 703 Baxış
BMT-nin 500-dən çox əməkdaşı koronavirusa yoluxub

Dünya üzrə 500-dən çox BMT əməkdaşı koronavirusa yoluxub, onlardan 50-si Cenevrə qərargahının işçiləridir.

Bu barədə BMT-nin Cenevrə qərərgahının Baş katibi Tatyana Valovaya açıqlama verib.

“Dünyada koronavirusa yoluxan 500-dən çox əməkdaşımız var. Cenevrədə 50 yoluxma halı qeydə alınıb. BMT-nin Cenevrədəki qərargahında isə 8 yoluxma faktı aşkarlanıb. Bütün hallar orta ağır qiymətləndirilir. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar itki verib. Vəziyyəti nəzərə alaraq, işçilərimizin qorunması üçün bütün lazımi tədbirləri görmüşük”, - deyə Valovaya bildirib.