Bakıda boğaz spreyi istifadə edən uşağın üzü şişib.
Medicina.az xəbər verir ki, bu barədə lor, üz estetik cərrahı Qəhrəman Qəhrəmanov bildirib.
O, valideynləri diqqətli olmağa çağırıb:
"Uşaqda kəskin allergik reaksiya yaranıb. Səbəb-evdə öskürək zamanı vurulan boğaz spreyidir.
Uşaq allergikdir, üstəlik 2-3-cü dərəcəli adenoidləri var.Bu isə tənəffüs yollarını daha həssas edir. Bir çox boğaz spreylərinin tərkibi çox komponentlidir. Bu spreyin içində propolis və qreypfrut var idi. Xüsusilə qreypfrut allergik uşaqlarda güclü reaksiya verə bilər. Nəticə şişkinlik, selikli qişanın ödemi və riskli vəziyyət yaranıb.
Unutmayaq, “təbii”, "bitki tərkibli” demək təhlükəsiz demək deyil. Allergik uşaqlarda sprey və dərmanlar yalnız həkim məsləhəti ilə verilməlidir".
Aygün
Medicina.az