Botoks inyeksiyaları üçün ideal yaş müəyyən edilib.
“Medicina” xəbər verir ki, plastik cərrah Nora Nugent gəncləri botoks iynəsindən imtina etməyə çağırıb.
"Hələ mövcud olmayanı müalicə etmək mümkün deyil. 20 yaşında botoks vurmaq pul itkisidir". Onun sözlərinə görə, nəzərə çarpan qırışların göründüyü yaşda kosmetoloqa müraciət etməlisiniz. Yalnız bu halda üzün yaşlanmasının bütün nüanslarını görə bilərsiniz və fərdi proseduru seçə bilərsiniz,.
Gənc yaşda botoks iynələri dərmana qarşı müqavimətin inkişafına səbəb ola bilər. Mütəxəssis deyib ki, özü 26 yaşında iynə vurmağa başlayıb və illər keçdikcə effekti daha tez keçdiyi üçün kosmetoloqa müraciət etməli olub.
Botoks inyeksiyası üçün ideal yaş 29+ yaşdır.
Aygün Musayeva