Böyrəklərin sağlam işləməsi üçün düzgün maye seçimi vacibdir. Böyrəklər orqanizmdəki toksinləri süzür, mineralların balansını qoruyur və qan təzyiqinin tənzimlənməsində rol oynayır.
Medicina.az xəbər verir ki, sudan başqa bəzi digər içkilər də böyrəklərə fayda verə bilər.
Şəkərsiz zoğal şirəsi sidik yollarının sağlamlığını dəstəkləyə, limonlu su isə böyrək daşlarının yaranma riskini azaltmağa kömək edə bilər.
Mütəxəssislər həmçinin şəkərsiz bitki çayları, evdə hazırlanmış meyvəli sular və şəkərsiz bitki mənşəli südlərin də yaxşı seçim ola biləcəyini qeyd edirlər.
Bununla yanaşı, qazlı və şəkərli içkilər, enerji içkiləri və həddindən artıq alkoqol qəbulu böyrəklərə mənfi təsir göstərə bilər.
Xanım,
Medicina.az