Boyun ağrısı – Səbəbləri, qarşısının alınması

  • 2026.07.10 09:19
  • 107 Baxış
Boyun ağrısı –  Səbəbləri, qarşısının alınması

Boyun ağrısı hər yaşda rast gəlinə bilər və ən çox uzun müddət eyni vəziyyətdə qalmaq, kompüter və ya telefondan düzgün olmayan şəkildə istifadə etmək nəticəsində yaranır.

Medicina.az ən çox rast gəlinən səbəbləri təqdim edir:

- Uzun müddət telefona və ya kompüterə baxmaq
- Boyun əzələlərinin gərginləşməsi
- Yanlış oturma və ya yatma mövqeyi
- Boyun nahiyəsinin zədələnməsi
- Boyun fəqərələrində yaşa bağlı dəyişikliklər

Əlamətləri:

- Boyunda ağrı və sərtlik
- Başın hərəkəti zamanı narahatlıq
- Ağrının çiyin və qola yayılması
- Bəzən baş ağrısı



Qarşısını necə almaq olar?

- İş zamanı hər 30–60 dəqiqədən bir qısa fasilə verin.
- Telefon və kompüter ekranını göz səviyyəsində saxlayın.
- Duruşunuza diqqət edin.
- Boyun əzələlərini gücləndirən yüngül məşqlər edin.
- Uyğun yastıqdan istifadə edin.

Nə vaxt həkimə müraciət etmək lazımdır?

Boyun ağrısı güclüdürsə, qola yayılan keyimə və ya zəiflik varsa, zədədən sonra başlayıbsa və ya bir neçə həftə ərzində keçmirsə, həkim müayinəsi vacibdir.

Aygün
Medicina.az