Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boyun qaralması nəyin əlamətidir?

  • 2025.05.15 22:00
  • 212 Baxış
Boyun qaralması nəyin əlamətidir?

Boynun qaralması sadəcə bir cümlə deyil. Bir çox xəstəliyin əlaməti olan ənsə nahiyəsinin qaralması kökündə yatan problemlərdən xəbər verir.

Medicina.az mümkün səbəbləri təqdim edir:

Boyunun qaralması adətən daxili bir xəstəliyin dəri əksidir.

Kosmetik problem kimi görünsə də, ciddi problemlərin, xüsusən də insulin dirəncinin erkən əlaməti ola bilər. Buna görə də diqqətdən kənarda qalmamalı və altında yatan səbəb araşdırılmalıdır.



1. İnsulin dirənci

Bədən insulindən istifadə edə bilmədikdə, dəri hüceyrələri çoxalmağa və qaralmağa başlayır. Adətən artıq çəki və tip 2 diabet riski ilə birlikdə görülür.

2. Polikistik yumurtalıq sindromu (PCOS)

Qadınlarda hormonal balanssızlığa səbəb olur. İnsulin dirəncinə görə boyun qaralması baş verir.

3. Hormonal pozuntular

Bu, tiroid bezi xəstəlikləri (məsələn, hipotiroidizm) və ya Cushing sindromu kimi endokrin problemlərlə əlaqəli ola bilər..

Aygün
Medicina.az