Britaniyada koronavirusdan ölənlərin sayı həqiqəti əks etdirmir

  • 2020.05.27 18:40
  • 2544 Baxış
Britaniyada koronavirusdan ölənlərin sayı həqiqəti əks etdirmir


Böyük Britaniyada koronavirusdan ölənlərin sayının 37 mindən çox olduğu deyilsə də, həqiqi statistikanın 47
343 olduğu bildirilir.



Medicina.az xəbər verir ki, bunu, Böyük Britaniya Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkədə koronavirusdan 134 nəfər ölüb, ümumi say isə 37 480-ə çatıb.

Virusa yoluxma sayı 2004 nəfər artaraq 265 227 olub.

Milli Statistika İnstitutunun ölüm şəhadətnamələrində koronavirusdan ölüm sayına əsaslanaraq verdiyi açıqlamaya görə, bu göstəricinin İngiltərə və Uelsdə qeydə alınan 42 173 ölümün Şotlandiya, Şimali İrlandiya və xəstəxanalardakı son insan itkilərindən ibarət olduğu açıqlanıb.

Qeyd edək ki, Britaniya koronavirusdan ölüm sayına görə Avropada birinci, ABŞ-dan sonra dünyada ikinci yerdədir.