Bu da koronavirus peyvəndinin fotosu – Göy və qırmızı qapağın fərqi

  • 2020.08.11 17:11
  • 3449 Baxış
Bu da  koronavirus peyvəndinin fotosu  – Göy və qırmızı qapağın fərqi


Rusiyanın kəşf etdiyi ilk koronavirus peyvəndinin fotosu yayılıb.

Artıq rəsmi olaraq qeydə alınan peyvəndin ampulu 2 rəngdədir: qırmızı və göy. Onlardan biri birinci vurulur, digəri daha sonra.

Medicina.az xəbər verir ki, peyvənd iki mərhələlidir. Bu daha uzun müddətli immunitetin yaranması üçündür. Qeyd edək ki, bir çox peyvəndlər 2-3 dəfə vurulur.

Peyvəndin tərkibində COVİD 19 virusunun özü yoxdur. Preparat adenovirus əsasında yaradılıb .

Yaxın 1 ay ərzində Rusiyada xüsusi risk qrupuna və bir çox könüllülərə peyvəndlər vurulacaq.
Bu vaxta kimi Rusiya Federasiyasında 900 min insan koronavirusa yoluxub.