Bu filmləri sevən insanlar daha mehriban olur

  • 2026.07.17 12:51
  • 271 Baxış
Bu filmləri sevən insanlar daha mehriban olur

Psixoloqlar xoş duyğular yaradan "feel-good" filmlərinə üstünlük verən insanlar daha empatik və mehriban olmağa meylli olduqlarını bildirib.

Medicina.az xəbər verir ki, “Current Psychology” jurnalında yayımlanan araşdırmada belə insanların sevgi, mərhəmət və həmrəylik hissi yaradan məzmunlara üstünlük verdiyi, aqressiv və zorakı filmlərə isə daha az maraq göstərdiyi qeyd olunub.

Alimlər qeyd edirlər ki, film seçimi insanın xarakterini əks etdirə bilər, lakin bu filmlərə baxmaq insanı avtomatik olaraq daha yaxşı insan etmir.

Xanım,
Medicina.az