Yoluxanların sayı açıqlandı: 10 ölü

  • 2021.05.25 16:29
  • 1548 Baxış
Yoluxanların sayı açıqlandı:  10 ölü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 677 nəfər müalicə olunaraq sağalıb, 4 877 nəfər vəfat edib. 6 340 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 825, bu günə qədər isə ümumilikdə 3 468 615 test icra olunub.