Bu gün maqnit qasırğası gözlənilir

  • 2022.01.17 12:42
  • 3121 Baxış
Bu gün maqnit qasırğası gözlənilir
Yanvarın 17-də geomaqnit sahənin qeyri-stabil və aktiv səviyyə arasında (Kp = 3-4), yanvarın 18-də isə CH HSS təsirinin zəifləməsi ilə sakit və qeyri-stabil səviyyə arasında (Kp=2-3) dəyişəcəyi gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasından Medicina.az -a bildirilib ki, yanvarın 14-də Günəşdə baş vermiş tac kütlə atılması (CME) geomaqnit fəallığın artmasına səbəb ola bilər.

Bununla əlaqədar olaraq yanvarın 17-də G1 (zəif) maqnit qasırğasının baş verməsi ehtimal olunur. Proqnoz dövrünün üçüncü günündə (19 yanvar) geomaqnit sahədə sakit şərait gözlənilir (Kp=1-2).