Bu gün neçə nəfər koronaya yoluxub? - STATİSTİKA

  • 2022.02.20 16:32
  • 3107 Baxış
Bu gün neçə nəfər koronaya yoluxub? -  STATİSTİKA

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 774 394 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 734 386 müalicə olunaraq sağalıb, 9 235 nəfər vəfat edib. 30 773 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 629, bu günə qədər isə ümumilikdə 6 485 357 test icra olunub.