Bu gündən pulsuz müayinə və müalicə oluna biləcəksiz - Ailə həkimini necə tapmalı?

  • 2021.04.01 15:41
  • 2436 Baxış
Bu gündən pulsuz müayinə və müalicə oluna biləcəksiz -  Ailə həkimini necə tapmalı?
Aprelin 1-dən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Artıq Bakı, Sumqayıt, Abşeron sakinləri də tibbi sığortaya daxil imkanlardan yararlana biləcək.

Bəs, pulsuz həkim qəbulu və müayinə üçün kimlər hara üz tutmalıdır?

Medicina.az xəbər verir ki, icbari tibbi sığorta zamanı pasiyenti ilkin olaraq ailə həkimi qəbul edib, müayinə edərək, müvafiq analizlər təyin edəcək.

Ailə həkimləri elə sovet illərindən bu yana bildiyimiz sahə həkimi və ay terapevtinizdir. Hər ərazi üzrə ayrıca ailə həkimi ayrılır.

Əvvəllər sahə həkimləri poliklnikalarda olurdu, ailə həkimləri isə bəzi yerlərdə poliklinikalarda, bəzi yerlərdə isə xüsusi Ailə Sağlamlıq mərkəzlərində yerləşdiriləcək. Artıq Abşeron və Sumqayıtda terapevt, nevroloq, sahə həkimləri, bəzi xəstəxanalardan həkimlər ailə həkimi status alaraq, bu mərkəzlərə yerdəyişmə olunur.

Ailə həkimindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali yararlana biləcək.
İcbari tibbi sığortanın xidmətlər zərfinə 2550 adda tibbi xidmət, analiz, müalicə daxildir. Siyahı uzundur və bəzi bahalı əməliyyat, prosedurlar bura aid deyil. Lakin getdikcə siyahıya əlavələr olunacaq.

Əsas odur ki, ümumi həkim müayinəsi, yoxlama, qan, sidik analizi, UZİ, rentgen və s. pulsuzdur. Hətta KT kimi bahalı müayinə də tibbi sığorta paketinə daxildir.

Qeyd edək ki, xidmətlərə təcili yardım, ilkin xidmət, ambulator yardım, laboratoriya analizlər, invaziv radiologiya – ürək, damarda əməliyyatlar, stasionar xidmət, yəni xəstəxanada müalicə də daxildir.

Pasiyent üçün icbari tibbi sığortanın hansı mənfi tərəfi ola bilər:

Bu paket daxilində analiz və müayinələr sizin istədiyinizə uyğun yox, həkimin təyinatına uyğun aparılacaq. Yəni ürəyiniz istədiyiniz vaxt, USM və rentgen oluna bilməzsiniz. Bu müayinələri həkim yox, özünüz etdirmək istəsəz, təbii ki, ödənişli olacaq.