Bu günə Azərbaycanda yoluxma - 3 nəfər öldü

  • 2022.03.25 18:42
  • 2161 Baxış
Bu günə Azərbaycanda yoluxma -  3 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 791 654 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib, aktiv xəstə sayı 451 nəfərdir.


Ölkədə son sutka ərzində 2 499, hazırkı dövrədək isə 6 679 287 test aparılıb.