Bu günə yoluxanlar

  • 2023.04.19 17:21
  • 2406 Baxış
Bu günə yoluxanlar

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 830 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 317 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 459 nəfərdir.

Ölkədə son sutka ərzində 1 561, hazırkı dövrədək isə 7 579 826 test aparılıb.