Bu günün koronavirus statistikası - 2961 yeni yoluxma

  • 2020.12.20 16:34
  • 1334 Baxış
Bu günün koronavirus statistikası -  2961 yeni yoluxma
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 202 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 139 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib, aktiv xəstə sayı 60 099 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 515, bu günə qədər isə ümumilikdə 2 063 754 test icra olunub.