Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu günün yoluxma statistikası: 2 nəfər vəfat etdi

  • 2021.06.14 18:50
  • 1499 Baxış
Bu günün yoluxma statistikası:  2 nəfər vəfat etdi


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1542 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.