II tip şəkər xəstəliyi ən çox ağırlaşması olan tipdir. Qan şəkəri səviyyəsinə nəzarət etməyin ən yaxşı yollarından biri bəzi meyvə və tərəvəzlərdən ibarət pəhrizdir.
“Medicina” xəbər verir ki, endokrinoloq Antonina Guredikum bir içki ilə diabet riskinin azaldığını açıqlayıb
" Bir milyondan çox insanı əhatə edən 19 araşdırmanın sistematik təhlilindən sonra belə bir nəticəyə gəlinib ki, gündə ən azı dörd fincan çay içmək tip 2 diabetin inkişaf riskini 17 faiz azalda bilər. 1-2 fincan içənlər isə bu riski cəmi dörd faiz azaldır".
Tədqiqatçılar deyirlər ki, çayın potensial antidiyabetik təsirinin səbəbi onun antikanserogen, iltihab əleyhinə və antioksidant birləşmələri ilə bağlı ola bilər.
"Nəticələr təsiredicidir, çünki insanlar 2-ci tip diabetin inkişaf riskini potensial olaraq azaltmaq üçün gündə dörd stəkan çay içmək kimi sadə bir şey edə bilərlər".
Çayın bəzi komponentləri, məsələn, polifenollar qanda qlükoza səviyyəsini aşağı sala bilər, lakin effektiv olması üçün bu bioaktiv birləşmələrin kifayət qədər miqdarı tələb oluna bilər.
Aygün Musayeva