Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu il ölkədə 96 üçəm, 4 dördəm doğulub

  • 2020.12.16 14:16
  • 1262 Baxış
Bu il ölkədə 96 üçəm, 4 dördəm doğulub


Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106569 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 2842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.