Bu ilin əsas elmi kəşfi

  • 2020.12.18 10:25
  • 941 Baxış
Bu ilin əsas elmi  kəşfi

“Science” jurnalı Moderna və Pfizer-BioNTech RNT peyvəndlərinin yaradılmasını 2020-ci ildə elmi aləmdə əsas kəşf adlandırıb.

Bu barədə nəşrin saytında məlumat yayılıb.

“Yaxşı bilirdik ki, əsas elmi kəşf bu və ya digər şəkildə mütləq COVID-19 ilə əlaqəli olacaq. Son həftələrdə koronavirus infeksiyasına qarşı ən yüksək təsirli serumların bu şərəfə layiq görüləcəyi aydın oldu” , - elmi jurnalın baş redaktoru Qolden Torp bildirib.

Xatırladaq ki, Çində virusun yayılması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası elan etdi. İnfeksiya bütün dünyaya sürətlə yayıldı, bir çox ölkə xəstəliyin yayılmasının qarşısını almaq üçün sərhədlərini bağlamağa qərar verdi. Ümumilikdə, planetdə bu günə qədər 80 milyondan çox insan COVID-19 infeksiyasına yoluxub.