Bu kovid dərmanı damarda ölümcül tromb yaradır

  • 2022.10.14 17:04
  • 2950 Baxış
Bu kovid dərmanı  damarda ölümcül tromb yaradır

ABŞ prezidentinin sevimli preparatı, Pfizerin istehsal etdiyi Pakslovid təhlükəlidir.

"Medicina" xəbər verir ki, bu barədə Harvard Tibbi Məktəbi məlumat yayıb.

Pfizerin qürur duyduğu bu dərman digər dərmanlarla təhlükəli əlaqə yaradaraq, damarlarda tromba səbəb olur.
Bu dərman dekabrdan ABŞ-da orta və yüngül xəstələrin müalicəsi üçün ekstren icazə almışdı.


Virus əleyhinə dərman milyonlarla kovid xəstəsinə verilərək, ölüm riskini 90% azaldacağı deyilmişdi.
Bu dərmandan Co Bayden də kovid olanda istifadə edərək tərifləmişdi.

Amma indi məlum olub ki, Pakskovid qandurulducu və statinlərlə birlikdə qəbul edildikdə, xəstələrin ürəyində ciddi problemlər yarada bilir.

O, damarlarda ölümcül tromb yaradır.
Ürək xəstələri və ürək dərmanları qəbul edənlərə bu dərman olmaz.
Preparat ürək ritmini də pozur.


Aygün Musayeva