Bu məhsulları bişirməzdən öncə yumayın, yoxsa…

  • 2024.02.23 12:35
  • 1028 Baxış
Bu məhsulları bişirməzdən öncə yumayın,  yoxsa…
Qida məhsullarının bir çoxunu bişirməzdən öncə yuyuruq. Bununla qidaları bakteriyalardan təmizlədiyimizi düşünürük, amma bu davranış bütün qidalar üçün uyğun deyil. Çünki bəzi qida məhsullarını yuduqda mikrobların daha dərinə nüfus etməsinə səbəb oluruq.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bişirilməzdən və istehlakdan əvvəl yuyulmaması lazım olan qidaları sadalayıblar:

Göbələk

Göbələkləri bişirməzdən əvvəl yumaq tövsiyə olunmur. Bunun əvəzinə onun qabığını soymaq məsləhətdir. Çünki yuyulduqda göbələyin teksturası dəyişə bilər və səthdəki bakteriyalar nəmlə birlikdə göbələklərin dərininə nüfuz edər.

Balıq

Balıq adətən bişməzdən əvvəl təmizlənir və sonra suda çoxlu yuyulur. Ancaq mütəxəssislər bunun səhv olduğunu bildirirlər. Balığı təmizləndikdən sonra bir neçə saniyə su ilə təmas etdirmək olar, sonra dərhal bişirilməlidir. Çünki balığın yuyulması onun səthindəki omeqa-3 ilə dolu yağların su ilə birlikdə axıb getməsinə səbəb olur. Balığın dadını və qida dəyərini qorumaq üçün onu yumamaq daha yaxşıdır.

Toyuq

Ekspertlər toyuğun da yuyulmamalı olduğunu bildirirlər. Bu mövzuda müzakirələr davam edir. Ancaq ABŞ Qida və Dərman İdarəsi də toyuq ətini yumamağı məsləhət görür. Bildirilir ki, onsuz da toyuq bişirildikdə bakteriya riski aradan qalxır. Lakin toyuğu yuduqda ondakı bakteriyalar mətbəxdəki səthləri və qidaları çirkləndirir. Sürətlə yayılan bakteriyalar daha sonra başqa qida vasitəsilə insan orqanizminə daxil ola bilir.

Yumurta

Yumurtanın xarici səthindəki təbii qoruyucu təbəqə zədələndikdə, bakteriyaların içəri daxil olması asanlaşır. Yumurtanın yuyulması xarici səthə zərər verəcək və bakteriyaların keçməsini asanlaşdıracaq. Bu səbəbdən yumurtaları yumamaq daha yaxşı seçimdir.


Gül