Bu məktəblərdə əyani dərslər bərpa olundu

  • 2021.11.10 09:58
  • 1831 Baxış
Bu məktəblərdə əyani dərslər  bərpa olundu
Bu gün Bakıdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri Təhsil İdarəsindən Medicina.az -a verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.