Bu mərkəzdə də sığorta ilə endoprotez əməliyyatı keçirildi

  • 2023.12.25 15:19
  • 516 Baxış
Bu mərkəzdə də sığorta ilə endoprotez   əməliyyatı keçirildi

82 yaşlı pasiyent Nizami Tibb Mərkəzində əməliyyat olunub və pasiyentin sağ diz oynağına endoprotez yerləşdirilib.

"Medicina" xəbər verir ki, əməliyyatı mərkəzin uzman cərrah-travmatoloqu Azər Əlizadə icra edib.

Məlumat üçün qeyd edək ki, oynaqların endoprotezləşdirilməsi normal oynağın forması və funksiyasını əvəz edə bilir.

Hazırda bu əməliyyatlar icbari tibbi sığorta ilə icra olunur və yaşından asılı olmayaraq, xüsusilə ağır xəstələr siyahıya alınır.

Aygün M