Bu məşhur qəhvə damarlarınıza zərər verə bilər

  • 2026.07.16 17:42
  • 143 Baxış
Bu məşhur qəhvə  damarlarınıza zərər verə bilər

Qəhvənin özü ürək sağlamlığı üçün zərərli hesab olunmasa da, bəzi məşhur qəhvə içkiləri damarlar üçün risk yarada bilər.

Medicina.az xəbər verir ki, kardioloqlar xüsusilə şərbət, əlavə şəkər və krem ilə hazırlanan südlü qəhvələr yüksək şəkər tərkibinə görə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, bu cür içkilər çəki artımı, insulin müqaviməti, yüksək trigliserid və xroniki iltihab riskini artıraraq damarların zədələnməsinə səbəb ola bilər.

Adi qəhvənin isə ölçülü qəbul edildikdə (gündə təxminən 3 fincana qədər) ürək üçün faydalı antioksidantlar ehtiva etdiyi qeyd olunur. Problemin qəhvədə deyil, ona əlavə edilən şəkər və əlavələrdə olduğu vurğulanır.

Xanım,
Medicina.az