Bu meyvə ağciyər sağlamlığına dəstək olur

  • 2026.07.09 22:40
  • 262 Baxış
Bu meyvə ağciyər sağlamlığına dəstək olur

Gün ərzində nəfəs aldığımız çirkli hava və müxtəlif zərərli hissəciklər tənəffüs yollarına təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, antioksidantlarla zəngin olan gəndalaş meyvəsi orqanizmin oksidləşdirici streslə mübarizəsinə və immunitet sisteminin dəstəklənməsinə kömək edə bilən təbii qidalardan biri kimi göstərilir.

Tərkibindəki faydalı maddələrə görə gəndalaş son illərdə ağciyər və immun sağlamlığını qorumağa yönələn qidalar arasında diqqət çəkir.

Qeyd edək ki, hava çirkliliyi və siqaret tüstüsü kimi amillərin təsirini azaltmaq üçün antioksidantlarla zəngin qidaların rasiona daxil edilməsi tövsiyə olunur.

Xanım,
Medicina.az