Bu ölkədə antitellərin miqdarına görə Covid sertifikatı veriləcək

  • 2022.02.22 15:27
  • 1529 Baxış
 Bu ölkədə antitellərin miqdarına görə Covid sertifikatı veriləcək

21 fevral tarixindən Rusiyada kovid üçün QR kod antitel analizi müsbət çıxanlara da veriləcək.

Medicina.az xəbər verir ki, əgər insan kovid keçirib PZR testi müsbət çıxıbsa, ona QR kod 1 illik veriləcək.

Əgər o xəstələnib, lakin qeydiyyata düşməyib, lakin antitel testio orqanizmdə anticisimlərin miqdarını göstərirsə, ona 6 aylıq Covid sertifikatı verilir.

Antitelə görə sertifikat yalnız bir dəfə qeydə alınacaq.

İkinci dəfə antitellərə görə sənəd verilməsi mümkün deyil.

6 aylıq antitel sertifikatının müddəti bitdikdən sonra vətəndaş vaksin olunmalıdır.

MEDİCİNA.AZ