Bu ölkədə "AstraZeneca"nın 55 yaşdan aşağı insanlara vurulması dayandırıldı

  • 2021.03.30 11:58
  • 1668 Baxış
Bu ölkədə "AstraZeneca"nın  55 yaşdan aşağı insanlara vurulması dayandırıldı
Kanada “AstraZeneca” vaksininin 55 yaşdan aşağı insanlara vurulmasını dayandırıb.

Medicina.az xəbər verir ki, açıqlamada, vaksinin insanlarda tromblara səbəb olması ilə bağlı, ehtiyat tədbiri kimi bu qərarın alındığı bildirilib. Qərar vaksinin gənc qadınlar başda olmaqla, vaksinasiya olunmuş bəzi şəxslərdə çox nadir rastlanan qanda tromblara səbəb olmasına dair Avropadan gələn məlumatlardan sonra alınıb.

Digər tərəfdən isə bu vaxta qədər 300 min doza “AstraZeneca” vaksininin istifadə edildiyi və hansısa problemlə rastlanmadığı bildirilib.
Qeyd edək ki, “AstraZeneca” peyvəndindən 20-dən çox ölkə imtina edib. ÜST rəsmisi Tedros Adhanom Ghebreyesus isə vaksinin faydalarının zərərlərindən daha çox olduğunu bildirib.