Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu tarixdə vaksin vurulana 400 min dollar veriləcək

  • 2021.05.22 09:49
  • 2206 Baxış
Bu tarixdə vaksin vurulana 400 min dollar veriləcək

ABŞ-ın Merilend ştatının koronavirusdan peyvənd olunan sakinləri lotereyada 40-400 min dollar qazanma şansı əldə ediblər.

Medicina.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Larri Hogan bəyan edib.

"Merilend sakinlərini koronavirusdan peyvəndlənməyə təşviq etmək üçün, Merilend lotereyası 25 May - 3 İyul tarixlərində hər gün bir peyvənd olunana 40.000 dollar (68 000 AZN) mükafat verəcək. İyulun 4-də isə (ABŞ-da Müstəqillik Günü) final oyununda vaksindən keçənlərdən biri 400 min dollar mükafat alacaq”, - deyə qubernatorun saytında bildirilib.

Qeyd olunur ki, Dövlət Səhiyyə Departamenti 18 yaşdan yuxarı peyvənd olunmuş hər bir şəxsə təsadüfi bir say təyin edəcək, sonra isə təsadüfi say generatoru qalib seçəcək.