Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə insanlar uranla çirkli su içir

  • 2025.07.01 08:15
  • 99 Baxış
Bu ölkədə insanlar uranla çirkli su içir


Hindistanda on milyonlarla insan uranla çirklənmiş su içir.

“Medicina” xəbər verir ki, Hindistanın Karnataka əyalətində suyun uranla çirklənməsi 25 milyon insana təsir edib.


Kolumbiya Universitetinin alimləri Hindistanın Karnataka ştatında yeraltı suların uranla təhlükəli çirklənməsinin əsas səbəblərini aşkar ediblər.


Tədqiqat nəticəsində məlum olub ki, bölgədəki su nümunələrinin 78%-də yüksək konsentrasiyada uran var, bəzi ərazilərdə isə bu rəqəm 75 dəfə çoxdur.


Qabaqcıl izotop analizi üsullarından istifadə edərək, alimlər yeraltı su qatlarında uranın miqrasiya yollarını izləyə bildilər. Məlum oldu ki, oksigenin mövcud olduğu oksidləşdirici şəraitdə uran asanlıqla həll olunur və su ilə hərəkət edir, anoksik reduksiya zonalarında isə bərk birləşmələr şəklində çökür.

"Tədqiqatımız sadəcə çirklənmənin aşkarlanmasından kənara çıxır. Biz milyonlarla insanın sağlamlığının qorunması üçün vacib olan yeraltı mühitlərdə uranın davranışını təyin edən mexanizmləri başa düşə bilmişik".

Uran səviyyəsi yüksək olan suyun uzun müddətli istifadəsi böyrəklərə, qaraciyərə və sümük sisteminə ciddi ziyan vura bilər. Karnataka ştatında 25 milyon insan belə təsirlərə məruz qalır.


Əldə edilən nəticələr problemin həlli üçün yeni imkanlar açır. Alimlər yeni quyuların yerləşdirilməsi zamanı geoloji şəraitin nəzərə alınmasını, ən çox çirklənmiş ərazilərdə yerli təmizləmə sistemlərinin tətbiqini və suyun keyfiyyətinə hərtərəfli monitorinq sisteminin yaradılmasını təklif edirlər. Bu tədbirlər dünyanın oxşar problemlərlə üzləşən istənilən regionunda tətbiq oluna bilər.


Aygün Musayeva