Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

  • 2025.07.03 07:51
  • 230 Baxış
Bu ölkədə kökəlməyə qarşı cərimələr    başlanır


Britaniya piylənmə ilə mübarizə üçün cərimələrdən istifadə etmək qərarına gəlib.


“Medicina” xəbər verir ki, payızdan İngiltərədə sağlam qida satmayan supermarketlər cərimələnəcək.

Bloomberg-in verdiyi məlumata görə, bu cür tədbirlər, piylənmə ilə mübarizə üçün yeni hökumət planına daxildir.

Səhiyyə və Sosial Baxım Departamentindən (DHSC) verilən məlumata görə, qida ilə əlaqəli xəstəliklərin azaldılması üçün 10 illik strategiyanın bir hissəsi olaraq "sağlam qidalanma standartı" pərakəndə satışçılar və istehsalçılara tətbiq ediləcək.

Yeni qaydalar mağazalarda daha sağlam məhsulların qiymətlərini aşağı salan promosyonlar keçirmək kimi bir sıra məcburi hədəflər tələb edir. Bunu etməyən supermarketlər maliyyə cəzası ilə üzləşəcək.

Böyük Britaniyanın Səhiyyə Naziri Ues Stritinqin qeyd etdiyi kimi, əgər bütün artıq çəkisi olan insanlar gündə təxminən 200 kalori qəbul etsələr, piylənmə nisbəti yarıya enəcək. Öz növbəsində, Ətraf Mühit Katibi Stiv Rid qida sektorunun iqtisadi uğurunu təşviq edərkən milləti daha sağlam qida ilə qidalandırmaq ehtiyacının olduğunu söylədi.


Aygün Musayeva