Bu ölkədə kovidə yoluxma sıfıra düşdü

  • 2022.04.05 14:56
  • 3078 Baxış
Bu ölkədə kovidə yoluxma sıfıra düşdü

Qırğızıstanda 2 illik pandemiya dövründə ilk dəfə olaraq bir nəfər də yoluxma faktı qeydə alınmayıb.

Bakupost.az xəbər verir ki, ölkənin səhiyyə nazirliyinin dünənki statistikasında yoluxanlar sıfır göstərilib.

Operativ qərargah ötən sutka yoluxma və ölümün olmadğını bildirib.

Əgər belə davam edərsə, Qırğızıstanda bütün pandemiya karantin tədbirləri aradan qalxacaq.

Qırğızıstanda ümumiyyətlə kovidə yoluxma sayı az olub. Bu vaxta qədər cəmi 201 min insan kovidə yoluxub.

Aygün Musayeva
BakuPost