Bu ölkədə omikron sürətli yayılır - İlk ölüm qeydə alındı

  • 2021.12.23 22:12
  • 1373 Baxış
Bu ölkədə omikron sürətli yayılır -  İlk ölüm qeydə alındı

Almaniyada koronavirusun "omikron" ştamı ilə yoluxmuş xəstənin ölümü qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Robert Kox Virusologiya İnstitutu bildirib.

Xəstədə infeksiya genom ardıcıllığı ilə aşkar edilib. Təfərrüatlar hələ dəqiqləşdirilməyib.

Robert Kox Virusologiya İnstitutu "omikron" ştamı ilə 810 yeni yoluxmanın aşkarlandığını bildirib. Almaniyada bu variantla təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 3 198-ə yüksəlib.

"Omikron" ştamının sürətlə yayılması ilə əlaqədar Almaniya kansleri Olaf Şolz ölkədə pandemiyanın beşinci dalğasının başlayacağı barədə xəbərdarlıq edib.