Bu ölkədə peyvənd sertifikatı ləğv olunur

  • 2022.03.18 14:07
  • 1187 Baxış
Bu ölkədə peyvənd sertifikatı ləğv olunur
2022-ci il mayın 1-dən etibarən İtaliyada qapalı məkanlara giriş zamanı sertifikiat tələb olunmayacaq.



Medicina.az xəbər verir ki, bu barədə səhiyyə naziri Roberto Speranza bildirib.


"Biz COVID sertifikatlarının ləğvi istiqamətində işlər görürük. Aprelin 1-dən əksər açıq yerlərdə, mayın 1-dən isə qapalı məkanlara girişdə də sertifikiat tələb olunmayacaq”, - nazir bildirib.


Səhiyyə Nazirliyinin rəhbəri əlavə edib ki, xəstələrlə təmasda olanlar üçün karantin ləğv edilib: "Təcrid yalnız COVID-19 üçün müsbət nəticə verənlər üçün məcburi olacaq".

Nazirin sözlərinə nörə, qapalı yerlərdə maskaların taxılması aprelin 30-dək məcburi olacaq.


Hökumət martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddətini uzatmayacaq. Epidemioloji məlumatlar əsasında regionların rəng mənsubiyyəti ləğv ediləcək. Ölkədə tanınmış ekspertlərin və tibb müəssisələrinin nümayəndələrinin daxil olduğu komitə fəaliyyətini dayandıracaq.