Bu ölkədə sərt karantinin müddəti uzadıldı

  • 2021.03.26 12:24
  • 1064 Baxış
Bu ölkədə sərt karantinin müddəti uzadıldı

Cənubi Koreya hökuməti koronavirus pandemiyası ilə əlaqədar sərt karantin tədbirlərini daha iki həftə müddətinə uzadıb.

Medicina.az -ın xəbərinə görə, bu barədə ölkənin baş naziri Çon Se Gyun məlumat verib.

Qeyd olunub ki, mövcud məhdudiyyətlərin müddəti aprelin 11-dək uzadılır.

Məhdudiyyətlər bir məkanda dörd nəfərdən çox şəxsin toplaşması qadağasını və ictimai iaşə müəssisələrinin işinin məhdudlaşdırılmasını əhatə edir.