Bu ölkədə vaksin olunmayanlar metroya buraxılmayacaq

  • 2022.01.12 16:23
  • 1478 Baxış
Bu ölkədə vaksin olunmayanlar metroya buraxılmayacaq
İtaliyada kovid vaksini vurdurmayanlar ictimai nəqliyyata buraxılmayacaq.

Medicina.az xəbər verir ki, ölkədə vaksin olunmayanlara qarşı məhdudlaşdırıcı tədbirlər başlayır.

10 yanvar tarixindən kovid setrifikatı olmayanlar avtobus, metroya buraxılmır.

Sertifikatı yaxın 3 ayda yoluxub sağalanlar da ala bilir.

Eləcə də vaksin olunmayanlara restoran, kafe, idman zalı, muzey, otellərə və nikah mərasimlərinə girmək qadağan olunub.

Fevraldan yaşı 50-dən yuxarı hər kəs üçün vaksin məcburi olacaq.