Bu ölkədə vaksinasiya yaşı 2-yə endirildi

  • 2021.09.10 16:08
  • 2067 Baxış
Bu ölkədə vaksinasiya yaşı  2-yə endirildi
Kubada vaksinasiya yaşı 2-yə endirilib.

Medicina.az xəbər verir ki, Səhiyyə nazirliyinin açıqlamasına görə, prosesə son günlər uşaqlar arasında yoluxma və ölüm hallarının artdığı Sienfuekos şəhərində başlanılacaq.

Həmçinin, kubalı mütəxəssislər yerli vaksinin güvənli və təsirli olduğunu deyərək, istifadəsinə icazə verilməsi üçün ÜST-ə müraciət edəcəklərini bildiriblər.

Qeyd edək ki, ölkədə bu günə qədər 4 milyon insan vaksinasiya olunub.