Bu ölkədə yoluxma 15 milyonu ötdü

  • 2021.04.19 09:02
  • 1135 Baxış
Bu ölkədə yoluxma 15 milyonu ötdü

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 275 306 yeni yoluxma faktı qeydə alınıb.

Medicina.az Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, son 24 saat ərzində müalicə alan 1 625 pasiyent vəfat edib.

Qeyd edilib ki, ölkədə ümumi yoluxma hallarının sayı 15 057 767 nəfərə, ölüm hallarının sayı isə 178 793 nəfərə çatıb.

Nazirlik hazırda 1,9 milyondan çox aktiv xəstənin müalicə aldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikincidir.