Bu ölkənin nazirləri "AstraZeneca" vaksini vurdurdu

  • 2021.03.25 09:39
  • 1298 Baxış
Bu ölkənin nazirləri "AstraZeneca" vaksini vurdurdu

Xorvatiya Baş naziri Andrey Plenkoviç, Sabor (ölkənin bir palatalı parlamenti) sədri Qordan Jandrokoviç və səhiyyə naziri Vili Beroş "AstraZeneca"nin dərmanı ilə yeni koronavirusa qarşı peyvənd olunublar.

Medicina.az -ın məlumatına görə, bu barədə HINA informasiya agentliyi bildirib.

Səhiyyə naziri bildirib: "Bu gün xüsusilə "AstraZeneca" vaksini ilə peyvənd olunduğumuz üçün tibb elminə, peşəmizə güclü bir inam mesajı göndərdik".

Qeyd edək ki, Xorvatiyada 27 dekabr 2020-ci il tarixdə əhalinin koronavirus əleyhinə peyvəndlənməsi başlayıb.