Bu ölkənin prezidenti koronavirusa yoluxdu

  • 2022.07.08 14:34
  • 7627 Baxış
Bu ölkənin prezidenti koronavirusa    yoluxdu

İki gün əvvəl Çinin XİN rəhbəri ilə görüşən Filippin prezidentinin koronavirus testi müsbət çıxdı


İyunun 30-da and içən Filippin Prezidenti Ferdinand Markosun (Kiçik) koronavirus testi müsbət çıxıb.

Bu barədə Respublika Prezidenti yanında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Triksi Kruz-Anxeles brifinq zamanı məlumat verib:

“Prezidentin koronavirus anticisim testi müsbət çıxıb. Onun bir az qızdırması var, amma başqa vəziyyəti yaxşıdır. Onunla yaxın təmasda olan hər kəs məlumatlandırılıb”.

Kruz-Anxeles qeyd edib ki, prezident bu gün Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 246-cı ildönümü ilə bağlı tədbirin keçiriləcəyi Filippindəki ABŞ səfirliyinə getməyəcək.

Səhiyyə nazirinin müavini Maria Rosario Vergeyr bildirib ki, Filippin lideri yeddi günlük karantinin sonunda və simptomları azaldıqdan sonra üz-üzə görüşlərə davam edəcək.