Alimlər müxtəlif qan qruplarına malik şəxslər üzərində apardıqları təcrübələrdə təəccüblü nəticələr əldə ediblər.
Medicina.az xəbər verir ki, tədqiqat qan qrupu ilə ağrıya dözümlülük arasında təəccüblü əlaqə olduğunu göstərir.
Araşdırmaya görə, qan qrupu 0 olan fərdlər ağrı testlərinə digər qruplara nisbətən daha uzun müddət tab gətirir.
Mütəxəssislər bu müqavimətin qanın laxtalanma xüsusiyyətləri və sinir sistemi ilə bağlı ola biləcəyini irəli sürürlər.
Mütəxəssislərin fikrincə, ağrı orqanizm üçün xəbərdarlıq sistemidir və bu dözümlülük sağlamlıq problemlərinin aşkarlanmasını gecikdirə bilər.
Tədqiqatçılar O qan qrupunun ağrıya dözümlülüyü ilə bağlı daha əhatəli tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.
Aygün
Medicina.az