Qara istiot və su ilə hazırlanmış sadə bir qarışım güclü qoxusu sayəsində milçəkləri və həşəratları mətbəxdən uzaq tutmağa kömək edir.
Medicima.az xəbər verir ki, xüsusilə yay aylarında görünən kiçik həşəratlar mətbəxdə narahatedici bir problemə çevrilə bilər.
Qapı və pəncərə kənarlarında və ya zibil qutusunun yaxınlığında görünən qarışqalar və milçəklər üçün müxtəlif üsullar sınaqdan keçirilir.
Son zamanlar ön plana çıxan üsullardan biri də qara istiot suyudur.
Qarışımı hazırlamaq olduqca sadədir. Təxminən yarım litr su və 1-2 çay qaşığı üyüdülmüş qara istiot kifayətdir.
Əvvəlcə su qaynadılır və qara istiot əlavə olunur.
Qarışım oddan götürüldükdən sonra soyumağa qoyulur. Daha sonra istiot dənələri maye incə ələkdən keçirilərək ayrılır və nəticədə yaranan maye təmiz sprey şüşəsinə köçürülür.
İSTİFADƏ SAHƏLƏRİ:
Döşəmə lövhələri və künclər,
Qapı və pəncərə kənarları,
Mebel və cihazların altında,
Zibil qutularının ətrafında,
Divarlarda və döşəmələrdə kiçik çatlar.
Aygün
Medicina.az