Bu qidalar infarkt və insulta səbəb olur

  • 2025.11.18 12:08
  • 178 Baxış
Bu qidalar infarkt və insulta səbəb olur

Ürək tutmaları və insultlarla əlaqəli qidalar müəyyən edildi.


“Medicina” xəbər verir ki, qastroenteroloq İrina Yakovleva emal olunmuş qidaların, kolbasaların və sousların həddindən artıq istehlakı, bu qidalarda yüksək duz tərkibinə görə ürək tutması və insult riskini potensial olaraq artıra biləcəyini deyib.

"Nə qədər çox duz yesəniz, hipertoniya riski bir o qədər yüksəkdir, bu da ürək tutması və insult üçün birbaşa yoldur.

Duzun çox hissəsi kolbasa, sosiska, pendir, sous, fast food və emal olunmuş qidalardan gəlir. Buna görə də, daha az emal olunmuş qida yeməli və evdə normal yeməklər bişirməlisiz”.


Yakovlevanın sözlərinə görə, şəkər də az təhlükəli deyil: həddindən artıq şirniyyat və şəkərli içkilər çəki, triqliseridlərin artmasına və diabet riskinə səbəb olur.

Qastroenteroloq aydınlıq gətirib:

"Qazlı içkilər, enerji içkiləri, şirinləşdirilmiş qatıqlar, qablaşdırılmış şirələr, peçenye və konfetlər zəhər deyil, lakin onlar gündəlik vərdişlərdən daha çox ara-sıra istehlakla məhdudlaşdırılmalıdır”.


Aygün Musayeva